25 oktyabr 2026. Bazar günü

Alleqri “Arsenal”a məğlubiyyəti şərh etdi


Alleqri “Arsenal”a məğlubiyyəti şərh etdi

“Napoli”nin baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Arsenal”a 0:1 hesablı məğlubiyyəti şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, italiyalı mütəxəssis komandasının ilk hissədə daha yaxşı təsir bağışladığını bildirib:

“İlk hissədə oyun daha bərabər idi. Çünki futbolçularımızın ayaqlarında hələ güc var idi. Bir neçə oyunçu bu mövsüm ilk dəfə start heyətində meydana çıxmışdı. Topa daha yaxşı nəzarət edə bilirdik.

Bundan başqa, hücumun son üçdəbirliyində səhv qərarlar verdik. Cərimə meydançasında heç bir futbolçumuz olmadığı halda ortalar edirdik”, - deyə Alleqrinin sözlərini “Football Italia” yayıb.

Baş məşqçi rəqibin səviyyəsinin səhvləri bağışlamadığını vurğulayıb:

“Müsbət məqamlar da var idi. Amma belə səviyyəli komandaya qarşı tez-tez səhv qərarlar versəniz, bunun cəzasını çəkə bilərsiniz.

İkinci hissədə “Arsenal” oyuna nəzarəti ələ aldı. Biz isə mübarizə və fədakarlıq baxımından yaxşı ruh nümayiş etdirdik”.

Qeyd edək ki, “Napoli” Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda oktyabrın 13-də İspaniyanın “Vilyarreal” klubunu qəbul edəcək.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi