10 sentyabr 2026. Cümə axşamı

“İkinci hissədə pis oynadıq”


“İkinci hissədə pis oynadıq”

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Liverpul”a 1:2 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, argentinalı mütəxəssis komandasının ikinci hissədəki oyununu tənqid edib:

“Həmişə elə görünür ki, ikinci hissədə ilk hissədəki kimi oynamırsansa, bunun səbəbi fiziki hazırlıqdır. Amma yox, ikinci hissədə pis oynadıq.

Reallıq budur ki, çox qol buraxırıq. Bu gün iki, Bilbaoda üç, Sevilyada isə bir qol buraxdıq. Komanda hələ formalaşma mərhələsindədir. Bu, kiminsə xoşuna gəlməyə bilər, amma düzəltməli olduğumuz çox şey var”, - deyə Simeonenin sözlərini “Marca” yayıb.

Baş məşqçi bəzi futbolçuların çıxışını da xüsusi qeyd edib:

“Kuti Romero xoşuma gəldi. Özünəinamlı, güclü və böyük nüfuzla oynadı, qarşısına çıxan vəziyyətləri yaxşı həll etdi.

Xulianın oyunu da çox yaxşı idi. O, matçın əvvəlindən sonuna qədər topla oyunda məsuliyyəti öz üzərinə götürdü”.

Simeone komandanın ikinci hissədə qol vəziyyətləri yarada bilmədiyini və dəyişikliklərə məhz bu səbəbdən getdiyini bildirib:

“Uduzduğumuz üçün əvəzləmələr etməyə başladıq və fərqli həll yolları axtardıq. Çünki ikinci hissədə qol imkanlarımız olmadı.

Futbolda məhz detallar müəyyən edir ki, zirvədə, ortada, yoxsa aşağı pillələrdə olacaqsan. Mən bu detalları düzəltməliyəm və onların üzərində işləməliyik”.

Qeyd edək ki, “Atletiko” Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda oktyabrın 13-də səfərdə “Mançester Yunayted”lə qarşılaşacaq.







Çempionlar liqası

“İkinci hissədə pis oynadıq”
  • Çempionlar liqası
  • 02:43 10.09.2026
“İkinci hissədə pis oynadıq”
Alleqri “Arsenal”a məğlubiyyəti şərh etdi
  • Çempionlar liqası
  • 02:34 10.09.2026
Alleqri “Arsenal”a məğlubiyyəti şərh etdi
“Belə futbolçularla oynamaq asandır”
  • Çempionlar liqası
  • 02:30 10.09.2026
“Belə futbolçularla oynamaq asandır”