26 oktyabr 2026. Bazar ertəsi

“Şaxtyor” səfərdə PSV ilə heç-heçə etdi


“Şaxtyor” səfərdə PSV ilə heç-heçə etdi

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün liqa mərhələsinin ilk turunda PSV ilə Ukraynanın “Şaxtyor” komandası üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Eyndhoven şəhərindəki “Philips” stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Matçın baş hakimi türkiyəli Halil Umut Meler olub.

İlk qol 45-ci dəqiqədə vurulub. “Şaxtyor”un venesuelalı yarımmüdafiəçisi Qleyker Mendosa komandasını hesabda önə keçirib.

PSV isə 48-ci dəqiqədə hesabı bərabərləşdirib. Niderland təmsilçisinin müdafiəçisi Serjino Dest fərqlənib.

Qeyd edək ki, Çempionlar Liqasının ikinci turunda PSV səfərdə Almaniyanın “RB Leypsiq” klubu ilə qarşılaşacaq. Görüş oktyabrın 13-də keçiriləcək.

“Şaxtyor” isə bir gün sonra Yunanıstanın AEK komandasını qəbul edəcək.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi