27 oktyabr 2026. Çərşənbə axşamı

“Modriç, Kazemiro və Kroos olsaydı...”


 “Modriç, Kazemiro və Kroos olsaydı...”

“Barselona”nın sabiq futbolçusu Arda Turan hazırda məşqçi kimi özünü sınayır. Türkiyəli mütəxəssisin rəhbərlik etdiyi “Şaxtyor” cümə axşamı UEFA Çempionlar Liqasının oyununda səfərdə PSV ilə qarşılaşıb və 1:1 hesablı heç-heçə edib.

90deqiqe.Az-ın məlumatına görə, matçdan sonra Arda Turandan texniki zonada niyə hər zaman bu qədər emosional davrandığı soruşulub.

“Əgər məndə Modriç – Kazemiro – Kroos üçlüyü olsaydı, 90 dəqiqə ərzində sakitcə ehtiyat oyunçular skamyasında oturardım”, - deyə Arda Turan “Goal”a açıqlamasında bildirib.

Qeyd edək ki, PSV ilə görüşün sonlarına yaxın Arda Turan baş hakim tərəfindən sarı vərəqə ilə cəzalandırılıb.

“Şaxtyor” Çempionlar Liqasının növbəti oyununu oktyabrın 14-də AEK-ə qarşı keçirəcək.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi