31 oktyabr 2026. Şənbə

UEFA 2028 və 2029-cu illərin avrokubok finallarının keçiriləcəyi şəhərləri açıqladı


UEFA 2028 və 2029-cu illərin avrokubok finallarının keçiriləcəyi şəhərləri açıqladı

UEFA 2028 və 2029-cu illərdə avrokubokların final qarşılaşmalarının keçiriləcəyi məkanları müəyyənləşdirib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə UEFA-nın İcraiyyə Komitəsinin Yunanıstanın Saloniki şəhərində keçirilən iclasında qərar qəbul olunub.

2027/28 mövsümündə Çempionlar Liqasının finalı mayın 27-də Almaniyanın Münxen şəhərində yerləşən “Arena Münhen”də keçiriləcək. Sözügedən arena tarixində üçüncü dəfə qitənin ən nüfuzlu klub turnirinin finalına ev sahibliyi edəcək.

2028/29 mövsümünün Çempionlar Liqası finalı isə iyunun 2-də İspaniyanın Barselona şəhərindəki yenilənmiş “Kamp Nou” stadionunda baş tutacaq. Bu arena da turnirin finalını üçüncü dəfə qəbul edəcək.

Avropa Liqasının 2028-ci il finalı Rumıniyanın paytaxtı Buxarestdə, 2029-cu ilin həlledici qarşılaşması isə Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

Konfrans Liqasında isə 2028-ci ilin finalına İtaliyanın Turin şəhəri ev sahibliyi edəcək. 2029-cu ilin final qarşılaşması Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq.

Qeyd edək ki, Münxendəki arena 2012-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi edib. Həmin görüşdə “Çelsi” penaltilər seriyasında “Bavariya”ya qalib gəlib. “Kamp Nou”da isə daha əvvəl 1989 və 1999-cu illərdə turnirin final qarşılaşmaları keçirilib.







Çempionlar liqası

Mbappe “Real”da ilkə imza atdı
  • Çempionlar liqası
  • 01:23 22.10.2026
Mbappe “Real”da ilkə imza atdı
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
  • Çempionlar liqası
  • 01:18 22.10.2026
Keyn Kriştiano Ronaldonun rekorduna yaxınlaşdı
LASK “Sportinq”ə qalib gəldi
  • Çempionlar liqası
  • 01:16 22.10.2026
LASK “Sportinq”ə qalib gəldi
“Betis” “Feyenoord”u məğlub etdi
  • Çempionlar liqası
  • 01:13 22.10.2026
“Betis” “Feyenoord”u məğlub etdi