14 avqust 2026. Cümə

Çempionlar Liqasını qazanmağa hazır deyilik - Qvardiola


Çempionlar Liqasını qazanmağa hazır deyilik - Qvardiola
“İnsanlar bizim Çempionlar Liqasını qazanmalı olduğumuzdan bəhs edir. Ancaq biz buna hələ hazır deyilik”.

Corner.az xəbər verir ki, bu sözləri “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Britatniya mətbuatına açıqlamasında deyib.

İspaniyalı mütəxəssis Çempionlar Liqasını qazanmaq üçün hələ inkişaf etməli olduqlarını bildirib: “Son iki mövsümdə kifayət qədər qol vurmuşuq, buna görə narahat deyiləm. Görməli olduğumuz işlər var. İnkişaf etməyə davam etməliyik”.

Qeyd edək ki, dörd ildir “Mançester Siti”ni çalışdıran Qvardiolanın komandası son üç mövsümdə ÇL-in 1/4 finalında mübarizəni dayandırıb.(qol)





Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu