- Çempionlar liqası
- 22:50 27.11.2025
"Bavariya"nın polşalı hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunun Yunanıstanın "Olimpiakos" klubu ilə matçında (3:2) dublunu rəsmiləşdirib və yarış tarixinin ən yaxşı bombardirləri siyahısında 5-ci yerə yüksəlib.
Corner.az-ın məlumatına görə, bununla da Levandovskinin hesabındakı qolların sayı 58-ə çatıb.
O, bu nəticə ilə "Mançester Yunayted" və "Real"ın keçmiş hücumçusu Rud van Nistelroyu qabaqlayıb. Nistelroyun hesabındakı qolların sayı 56 olub.
Çempionlar Liqasında ən çox qolları Kriştianu Ronaldo (127 qol), Lionel Messi (112 qol), Raul (71 qol) və Kərim Benzema (60 qol) vurublar.
Qeyd edək ki, Levandovski 2014-cü ildən "Bavariya"da çıxış edir.