25 sentyabr 2026. Cümə

“Sabah”ın Çempionlar Liqasındakı ev oyunlarına 100 mindən çox bilet satılıb


“Sabah”ın Çempionlar Liqasındakı ev oyunlarına 100 mindən çox bilet satılıb

UEFA Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparan “Sabah”ın Bakıda keçirəcəyi dörd ev oyunu üçün indiyədək 104 620 bilet satılıb.

90deqiqe.Az-ın paytaxt təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, bilet satışının göstəriciləri ilkin gözləntiləri və nəzərdə tutulan tempi əhəmiyyətli dərəcədə üstələyib.

Klubdan bildirilib ki, əsas məqsədlərdən biri yalnız “Sabah” azarkeşlərini deyil, digər futbolsevərləri də komandanın Çempionlar Liqasındakı oyunlarına cəlb etməkdir. Bu səbəbdən biletlərin qiymətləri daha çox azarkeşin qarşılaşmaları stadiondan izləyə bilməsi nəzərə alınaraq müəyyənləşdirilib.

Bilet alan azarkeşlər komandanın Bakıda keçirəcəyi dörd ev oyununun hər biri üçün yerlərini əvvəlcədən təmin etmiş olurlar.

Qeyd olunub ki, bilet satışından əldə ediləcək gəlirin 25 faizi “Sabah Futbol Akademiyası – Gələcəyin istedadları” proqramına yönəldiləcək. Vəsaitin uşaq və gənclər futbolunun inkişafına sərf olunması nəzərdə tutulur.

Bilet satışı davam edir.

Qeyd edək ki, tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsində iştirak edən “Sabah” evdə İspaniyanın “Barselona”, Almaniyanın “Borussiya Dortmund”, İtaliyanın “Napoli” və Çexiyanın “Slaviya Praqa” klubları ilə qarşılaşacaq. Bakı təmsilçisi səfərdə isə İngiltərənin “Arsenal”, İspaniyanın “Vilyarreal” və Norveçin “Vikinq” komandaları ilə üz-üzə gələcək.

“Sabah” turnirdəki ilk oyununda səfərdə “Mançester Yunayted”ə 0:4 hesabı ilə məğlub olub.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”
“Slaviya” evdə “Lans”a uduzdu
  • Çempionlar liqası
  • 01:17 11.09.2026
“Slaviya” evdə “Lans”a uduzdu