10 noyabr 2026. Çərşənbə axşamı

“Sabah”ın Çempionlar Liqasındakı ev oyunları üçün VIP biletlər satışda


“Sabah”ın Çempionlar Liqasındakı ev oyunları üçün VIP biletlər satışda

“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirəcəyi 4 ev oyunu üçün VIP paket biletlər satışa çıxarılıb.

Klubdan  90deqiqe.Az-a verilən məlumata görə, VIP paket sahibi Bakı Olimpiya Stadionunun VIP sektorundan “Slaviya Praqa” (Çexiya), “Borussiya Dortmund” (Almaniya), “Barselona” (İspaniya) və “Napoli” (İtaliya) ilə qarşılaşmaları canlı izləyə biləcək.

VIP paket çərçivəsində azarkeşlər üçün qidalanma xidməti təqdim olunacaq. Həmçinin əyləncə proqramı təşkil ediləcək və DJ çıxışı olacaq.

VIP paket biletinin qiyməti 1500 manat müəyyənləşdirilib və bu məbləğ “Sabah”ın Bakıda keçirəcəyi bütün 4 ev oyununa giriş imkanını əhatə edir.

Qeyd edək ki, VIP sektorda nəzərdə tutulan əyləncə proqramı yalnız “Slaviya Praqa”, “Borussiya Dortmund” və “Barselona” ilə oyunlar zamanı keçiriləcək.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının əsas favoritidir
  • Çempionlar liqası
  • 23:03 05.11.2026
PSJ Çempionlar Liqasının əsas favoritidir
Halanddan Çempionlar Liqasında unikal göstərici
  • Çempionlar liqası
  • 02:19 05.11.2026
Halanddan Çempionlar Liqasında unikal göstərici
“Brügge” səfərdə PSV-ni məğlub etdi
  • Çempionlar liqası
  • 02:13 05.11.2026
“Brügge” səfərdə PSV-ni məğlub etdi
“Portu” “Napoli”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 02:09 05.11.2026
“Portu” “Napoli”ni darmadağın etdi