- Çempionlar liqası
- 22:50 27.11.2025
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin III turun oyunlarına yekun vurulub.
Corner.az-ın məlumatına görə, daha 8 oyunla I dövrə yekunlaşıb.
E, F, G və H qruplarındakı komandalar meydana çıxıb.
“Liverpul”la “Napoli” səfərdə autsayderlərin qonağı olub. İngiltərə təmsilçisi "Genk"lə səfər matçında darmadağına sevinibsə, İtaliya təmsilçisi "Zalsburq"u çətinliklə məğlub edib.
F qrupuna eyni xalla liderlik edən "Barselona" ilə "Borussiya Dortmund" da səfər oyunlarına çıxıb. Kataloniyalılar "Slaviya" ilə görüşdə çətin qələbə qazanıb. Almaniya təmsilçisi isə "İnter"ə məğlub olub.
Eyni vəziyyət G qrupu üçün də keçərli idi. “Zenit”lə “Lion” müvafiq olaraq, “Leypsiq” və “Benfika”nın meydanında mübarizə aparıb. "Zenit" hesabı açdığı qarşılaşmada məğlub olub. Portuqaliyada da meydan sahibləri qələbə qazanan tərəf olub.
H qrupunda “Ayaks”la “Çelsi” üz-üzə gəlib. London klubu səfərdə minimal hesabla üstün olub. Qrupun digər matçında da "Valensiya" səfərdə "Lill" ilə heç-heçəyə razılaşıb.
Çempionlar Liqası
Qrup mərhələsi, III tur
23 oktyabr
E qrupu
“Genk” (Belçika) - “Liverpul” (İngiltərə) 1:4
Qol: Odey, 88 - Oksleyd-Çembeyleyn, 2; 57. Mane, 77. Salah, 87.
“Zalsburq” (Avstriya) – “Napoli” (İtaliya) 2:3
Qol: Haaland, 40-pen; 72 – Mertens, 17; 64. İnsinye, 73.
1 | Napoli | 2 | 1 | 1 | 0 | 2-0 | 4 |
2 | Liverpul | 2 | 1 | 0 | 1 | 4-5 | 3 |
3 | Zalsburq | 2 | 1 | 0 | 1 | 9-6 | 3 |
4 | Genk | 2 | 0 | 1 | 1 | 2-6 | 1 |
F qrupu
“Slaviya” (Çexiya) - “Barselona” (İspaniya) 1:2
Qol: Boril, 50 - Messi, 3. Olayinka, 57-öz qapısına.
“İnter” (İtaliya) – “Borussiya” (D, Almaniya) 2:0
Qol: L.Martines, 22. Kandreva, 89.
1 | Borussiya | 2 | 1 | 1 | 0 | 2-0 | 4 |
2 | Barselona | 2 | 1 | 1 | 0 | 2-1 | 4 |
3 | İnter | 2 | 0 | 1 | 1 | 2-3 | 1 |
4 | Slaviya | 2 | 0 | 1 | 1 | 1-3 | 1 |
G qrupu
“Leypsiq” (Almaniya) – “Zenit” (Rusiya) 2:1
Qol: Laymer, 49 Sabitzer, 59 - Rakitski, 25.
“Benfika” (Portuqaliya) - “Lion” (Fransa) 2:1
Qol: R.Silva, 4.Pitsi, 86 - Depay, 70.
1 | Zenit | 2 | 1 | 1 | 0 | 4-2 | 4 |
2 | Lion | 2 | 1 | 1 | 0 | 3-1 | 4 |
3 | Leypsiq | 2 | 1 | 0 | 1 | 2-3 | 3 |
4 | Benfika | 2 | 0 | 0 | 2 | 2-5 | 0 |
H qrupu
“Ayaks” (Hollandiya) – “Çelsi” (İngiltərə) 0:1
Qol: Batşuayi, 86.
“Lill” (Fransa) – “Valensiya” (İspaniya) 1:1
Qol: İkone, 90+5 - Çerışev, 63.
1 | Ayaks | 2 | 2 | 0 | 0 | 6-0 | 6 |
2 | Valensiya | 2 | 1 | 0 | 1 | 1-3 | 3 |
3 | Çelsi | 2 | 1 | 0 | 1 | 2-2 | 3 |
4 | Lill | 2 | 0 | 0 | 2 | 1-5 | 0 |