- Çempionlar liqası
- 23:03 27.09.2026
UEFA “Feyenoord”u azarkeşlərinin “Barselona” ilə “Kamp Nou”da keçirilən son oyundakı davranışlarına görə cərimələyib.
90deqiqe.Az-ın məlumatına görə, Niderland klubunun ödəyəcəyi ümumi məbləğ 74 375 avro təşkil edib.
Cərimənin 25 min avroluq hissəsi azarkeşlərin irqçi və/və ya ayrı-seçkilik xarakterli davranışlarına görə tətbiq olunub. 26 375 avro yad əşyaların meydana atılmasına, 10 min avro yersiz şüarlara, 13 min avro isə vandalizm aktlarına görə müəyyənləşdirilib.
Bundan başqa, UEFA “Feyenoord” azarkeşləri üçün klubun növbəti səfər oyununda ayrılan bilet kvotasını da azaldıb. Belə ki, niderlandlı tərəfdarlar rəqib stadionunun tutumunun əvvəlki 5 faizi əvəzinə 3,75 faizi həcmində bilet əldə edə biləcəklər.
“Feyenoord”a həmçinin 30 gün ərzində “Barselona” ilə əlaqə saxlayaraq azarkeşlərin vurduğu zərəri kompensasiya etmək tapşırılıb.