29 iyun 2026. Bazar ertəsi

Messi'dən daha bir rekord


Messi'dən daha bir rekord

"Barselona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasında ardıcıl 15 mövsümdə qol vuran ilk futbolçu adına yiyələnib. 

Corner.az-ın məlumatına görə, 32 yaşlı hücumçu yeni nailiyyətə Çexiyada "Slaviya" ilə III tur qarşılaşmasının 3-cü dəqiqəsində imza atıb.  

Messi ilk dəfə 2 noyabr 2005-ci ildə Yunanıstan "Panatinaikos"una 5:0 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənib. Hazırda aktivində 113 qolu olan argentinalı forvard yalnız Ronaldodan (127 qol) geri qalır. 

Qeyd edək ki, Lionel Messi bu mövsüm Çempionlar Liqasında ilk qolunu "Slaviya"nın qapısından keçirib. Hazırda "Barselona" F qrupunda 7 xalla liderdir. 







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu