29 iyun 2026. Bazar ertəsi

19 yaşlı hücumçu ÇL-da yeni rekoda imza atdı


19 yaşlı hücumçu ÇL-da yeni rekoda imza atdı

"Zalsburq"un futbolçusu Erlinq Holand Çempionlar Liqasında yeni rekorda imza atıb.

Corner.az-ın məlumatına görə, norveçli hücumçu buna qrup mərhələsinin ardıcıl 3 turunda 6 qol vurmaqla nail olub. 19 yaşlı futbolçu son olaraq "Napoli"i ilə görüşdə (2:3) "dubl" edib. O, ilk turda "Genk"ə 3, növbəti turda isə "Liverpul"a 1 qol vurub.

Əvvəlki rekord Didye Droqbaya məxsus olub. Kot dİvuarlı forvard Fransa "Marsel"ində çıxış etdiyi vaxt 2003/2004 mövsümündə ilk 3 tur ərzində 5 dəfə fərqlənib.

Qeyd edək ki, Erlinq Holann Polşada 20 yaşadək futbolçular arasında keçirilmiş dünya çempionatında bombardir olduqdan sonra məşhurlaşıb. O, yalnız bir görüşdə - Hondurasa 12:0 hesabı ilə qalib gəldikləri matçda 9 qol vurub. 







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu