14 noyabr 2026. Şənbə

“Sabah”ın Çempionlar Liqasındakı paket biletlərinin satışı başa çatır


“Sabah”ın Çempionlar Liqasındakı paket biletlərinin satışı başa çatır

“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirəcəyi dörd ev oyunu üçün paket biletlərin satışını oktyabrın 1-də dayandıracaq.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, paket biletlər azarkeşlərə “Slaviya Praqa”, “Borussiya Dortmund”, “Barselona” və “Napoli” ilə qarşılaşmaları stadiondan izləmək, həmçinin bütün dörd oyunda eyni yerdə əyləşmək imkanı yaradır.

Bildirilib ki, paket biletlərə azarkeşlərin marağı gözləntiləri üstələyib.

Paket biletlərin satışı oktyabrın 1-i saat 12:00-da başa çatacaq. Bundan sonra klub hər qarşılaşma üçün fərdi biletlərin satışına başlayacaq.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının əsas favoritidir
  • Çempionlar liqası
  • 23:03 05.11.2026
PSJ Çempionlar Liqasının əsas favoritidir
Halanddan Çempionlar Liqasında unikal göstərici
  • Çempionlar liqası
  • 02:19 05.11.2026
Halanddan Çempionlar Liqasında unikal göstərici
“Brügge” səfərdə PSV-ni məğlub etdi
  • Çempionlar liqası
  • 02:13 05.11.2026
“Brügge” səfərdə PSV-ni məğlub etdi
“Portu” “Napoli”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 02:09 05.11.2026
“Portu” “Napoli”ni darmadağın etdi