16 avqust 2026. Bazar günü

Mertens Maradonaya çatdı


Mertens Maradonaya çatdı

Napoli'nin futbolçusu Dris Mertens klubun canlı əfsanəsi Dieqo Maradonanın göstəricisini yeniləyib.

Corner.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Zalsburq"la görüşdə dubl edən belçikalı hücumçu Neapol təmsilçisinin heyətində vurduğu qollarının sayını 116-ya çatdırıb.

Mertens bununla da, “Napoli”nin tarixində 116 qol vuran Dieqo Maradonaya çatıb. O, həm də, “Napoli”nin tarixində ən çox qol vuran 2-ci futbolçu olub. Mertens yalnız slovakiyalı Marek Hamşikdən geri qalır. 2007-2019-cu illərdə “Napoli”də çıxış edən Hamşikin aktivində 121 qolu var.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu