8 oktyabr 2026. Cümə axşamı

“Məqsədimiz Çempionlar Liqasını qazanmaqdır”


“Məqsədimiz Çempionlar Liqasını qazanmaqdır”

“Bavariya”nın baş məşqçisi Vensan Kompani komandanı Çempionlar Liqasında qələbəyə aparmaq niyyətindədir.

90deqiqe.Az-ın məlumatına görə, Kompani “Sky Sport”a açıqlamasında Çempionlar Liqasını qazanmağın komandanın əsas hədəfi olduğunu bildirib:

“Çempionlar Liqasını qazanmaq istədiyimizi mövsümün əvvəlində açıq şəkildə demişdim. Amma bunun barədə sadəcə danışa bildiyimiz mərhələ artıq geridə qalıb. İndi hərəkət etmək vaxtıdır. İlk növbədə ümumi mərhələni keçməliyik. Bundan sonrakı yolumuz daha asan və ya daha çətin ola bilər və bundan çox şey asılıdır. Nəticədə bütün rəqiblərdən güclü olmalısan və bu, asan deyil. Lakin məqsəd məqsəddir – dəyişməz olaraq qalır”.

Qeyd edək ki, Münhen təmsilçisi turnirdə ilk oyununu Norveçin “Bude-Qlimt” klubuna qarşı keçirib və 5:0 hesablı qələbə qazanıb. Almaniya nəhəngi oktyabrın 13-də daha bir Norveç klubu – “Vikinq”lə qarşılaşacaq.

“Bavariya” ötən mövsüm Çempionlar Liqasının yarımfinalına qədər irəliləyib və burada PSJ-yə məğlub olub.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”