9 oktyabr 2026. Cümə

“Sabah” – “Borussiya Dortmund” matçının biletləri satışa çıxarılıb


“Sabah” – “Borussiya Dortmund” matçının biletləri satışa çıxarılıb

“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Almaniyanın “Borussiya Dortmund” klubuna qarşı keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, biletlərin qiyməti 15 manatdan başlayır və 650 manatadək dəyişir. Qarşılaşmaya biletləri “iticket.az” platformasından əldə etmək mümkündür.

Qeyd edək ki, “Sabah” – “Borussiya Dortmund” görüşü oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç saat 20:45-də başlayacaq.







Çempionlar liqası