- Çempionlar liqası
- 13:03 11.10.2026
Bakıda “Sabah” və Çexiyanın “Slaviya” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun qarşılaşmasının hakim təyinatları açıqlanıb.
90deqiqe.Az-ın məlumatına görə, görüşü avstriyalı FIFA referisi Sebastian Qişamer idarə edəcək. Ona həmyerliləri Roland Ridel və Santino Şrayner kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Alan Kiyas, AVAR-da isə Jozef Spurni çalışacaq.
Qeyd edək ki, “Sabah” – “Slaviya” qarşılaşması oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç saat 20:45-də başlayacaq.