- Çempionlar liqası
- 12:01 12.10.2026
UEFA Çempionlar Liqasında sabah keçiriləcək “Qalatasaray” – “Barselona” matçı öncəsi qara bazarda bilet satan şəxslərə qarşı əməliyyat keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, nəticədə 10 şübhəli saxlanılıb.
İstanbul Polis İdarəsinin İdman Təhlükəsizliyi Şöbəsinin əməkdaşları İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə araşdırmaya başlayıblar. Ali Sami Yen İdman Kompleksinin RAMS Park stadionunda keçiriləcək qarşılaşmaya biletlərin qara bazarda satıldığı barədə məlumat əsasında əməliyyat tədbirləri görülüb.
Araşdırmalar zamanı şübhəlilərin şəxsiyyətləri və ünvanları müəyyənləşdirilib. Keçirilən əməliyyat nəticəsində 10 nəfər saxlanılaraq istintaq tədbirləri üçün polis idarəsinə aparılıb.
İstanbul Respublika Baş Prokurorluğunun açıqlamasında bildirilib ki, sosial şəbəkələrdə aparılan açıq mənbə araşdırmaları zamanı şübhəlilərin 13 oktyabr 2026-cı ildə keçiriləcək “Qalatasaray” – “Barselona” matçı ilə bağlı qanun pozuntusu ehtiva edən paylaşımlar etdiyi müəyyənləşdirilib.
Araşdırma çərçivəsində həmin şəxslərin özlərinə məxsus mövsümlük biletləri həddindən artıq yüksək qiymətlərlə başqalarına satdıqları aşkarlanıb. Bununla əlaqədar ümumilikdə 10 nəfər barəsində axtarış, götürmə və saxlanılma qərarı verilib.