- Çempionlar liqası
- 22:49 12.10.2026
“Barselona”nın müdafiəçisi Pau Kubarsi UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Qalatasaray”la keçiriləcək oyun öncəsi rəqib komandanın hücumçusu Viktor Osimhen barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, “Goal” portalı gənc futbolçunun fikirlərini belə çatdırıb.
“Bir neçə mövsüm əvvəl Osimhenə qarşı oynamışam. Bu matça da eyni ciddiyyətlə yanaşacağam. O, dünyanın ən yaxşı mərkəz hücumçularından biridir. Buna görə də maksimum diqqətlə oynamalıyıq”
Qeyd edək ki, Viktor Osimhen cari mövsümdə keçirdiyi beş oyunda altı qol vurub.
“Qalatasaray” və “Barselona” arasında qarşılaşma oktyabrın 13-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.