- Çempionlar liqası
- 23:25 12.10.2026
“Brügge”nin qapıçısı Yan Sommer UEFA Çempionlar Liqasının əsas mərhələsində “İnter”lə keçiriləcək oyun barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, isveçrəli qolkiper sabiq komandasının futbolçuları ilə yenidən görüşəcəyi üçün həyəcanlı olduğunu bildirib.
“Milanda “İnter”ə qarşı keçiriləcək oyunu səbirsizliklə gözləyirəm. Köhnə tanışlarımla, üç il birlikdə keçirdiyim, kuboklar uğrunda mübarizə apardığım və onları qazandığım komanda yoldaşlarımla yenidən görüşəcəyəm. Belə qələbələr heç vaxt unudulmur”, – deyə Zommerin sözlərini UEFA-nın mətbuat xidməti yayıb.
Qapıçı sabiq komandasına qarşı “San-Siro” stadionunda oynamağın onun üçün xüsusi və həyəcanverici olacağını vurğulayıb. O, azarkeşlərlə yenidən görüşməyi də səbirsizliklə gözlədiyini qeyd edib.
Qeyd edək ki, “İnter” və “Brügge” arasında Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu oktyabrın 13-də Milandakı “San-Siro” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Yan Zommer üç mövsüm “İnter”in formasını geyinib. İsveçrəli qapıçı bu yay “Brügge”yə keçib.