- Çempionlar liqası
- 23:52 12.10.2026
“Qalatasaray”ın yarımmüdafiəçisi Mario Lemina “Mançester Siti”nin futbolçusu Leroy Sane ilə “Barselona”nın gənc ulduzu Lamin Yamal arasında seçim etməli olub.
90deqiqe.Az-ın məlumatına görə, futbolçuya ünvanlanan “Leroy Sane, yoxsa Lamin Yamal?” sualına Lemina yumoristik cavab verib:
“Yamal kimdir? Mən yalnız Saneni tanıyıram”, – deyə onun sözlərini “The Touchline” nəşri yayıb.
Qeyd edək ki, “Qalatasaray” və “Barselona” komandaları UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda qarşılaşacaqlar. Oktyabrın 13-də İstanbulda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.