13 oktyabr 2026. Çərşənbə axşamı

Akanci “Brügge”nin qapıçısını məğlub etmək istəyir


Akanci “Brügge”nin qapıçısını məğlub etmək istəyir

“İnter”in müdafiəçisi Manuel Akanci Çempionlar Liqasının əsas mərhələsində “Brügge” ilə qarşılaşmadan bir neçə gün əvvəl Yan Sommerlə telefon danışığı apardığını bildirib.

90deqiqe.Az-ın məlumatına görə, hazırda Belçika klubunda çıxış edən Sommerlə yenidən görüşməyi səbirsizliklə gözlədiyini deyən Akanci onunla meydanda qarşılaşmağın xoş olacağını vurğulayıb.

“İki gün əvvəl onunla telefonla danışdım və yenidən görüşməyi səbirsizliklə gözləyirəm. O, 2024-cü ildən sonra milli komandadakı karyerasını başa vurdu, amma onu yenidən görmək çox xoş olacaq. Təbii ki, mən onu məğlub etmək istəyirəm”, – deyə futbolçunun sözlərini UEFA-nın mətbuat xidməti yayıb.

Qeyd edək ki, “İnter” – “Brügge” qarşılaşması oktyabrın 13-də Milandakı “Cüzeppe Meatsa” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Çempionlar liqası

“Çempionlar Liqasında asan oyun olmur”
  • Çempionlar liqası
  • 21:53 12.10.2026
“Çempionlar Liqasında asan oyun olmur”