13 oktyabr 2026. Çərşənbə axşamı

“Çempionlar Liqası “Bavariya” üçün əsas hədəfdir”


“Çempionlar Liqası “Bavariya” üçün əsas hədəfdir”

“Bavariya”nın hücumçusu Harri Keyn Münhen təmsilçisinin bu mövsüm UEFA Çempionlar Liqasında qarşısına qoyduğu məqsəddən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, ingilis forvard bu barədə UEFA-nın mətbuat xidməti açıqlamasında bildirib.

“Çempionlar Liqası həm klub, həm də şəxsən mənim üçün hər zaman əsas hədəf və prioritetdir. Buna görə də düşünürəm ki, bu mövsüm əla şanslarımız var”

İngiltərəli futbolçu bildirib ki, hazırda komandanın əsas məqsədi turnirin əsas mərhələsinin ümumi cədvəlində mümkün qədər yüksək pillədə qərarlaşmaqdır. O, komandasının imkanlarını yüksək qiymətləndirib.

Keynin sözlərinə görə, “Bavariya” son bir neçə ildə rəqibləri üçün ciddi təhlükə olduğunu sübut edib. Münhen klubu ötən mövsüm vurduğu qolların sayına görə rekord da müəyyənləşdirib.

Qeyd edək ki, “Bavariya” oktyabrın 13-də Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda Norveçin “Vikinq” komandası ilə qarşılaşacaq. Stavanger şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Çempionlar liqası

“Çempionlar Liqasında asan oyun olmur”
  • Çempionlar liqası
  • 21:53 12.10.2026
“Çempionlar Liqasında asan oyun olmur”