13 oktyabr 2026. Çərşənbə axşamı

“Çempionlar Liqasında hər oyun əsl sınaqdır”


 “Çempionlar Liqasında hər oyun əsl sınaqdır”

“Bavariya”nın baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsinin II turunda “Vikinq”lə keçiriləcək oyun barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis qarşılaşmanın çətin keçəcəyini və komandasının meydana yüksək motivasiya ilə çıxacağını bildirib.

“Bu, Çempionlar Liqasıdır. Hər oyun əsl sınaqdır. Əgər meydana çıxıb “Bavariya” kimi oynamaq istəyiriksə, bu, mentalitet məsələsidir. Bu qarşılaşma “Vikinq” üçün xüsusi əhəmiyyət daşıyır, lakin heç kimin bizim üçün bu oyunun əhəmiyyətsiz olduğunu düşünməsini istəmirəm.

Bu görüşdə nə baş verməsindən asılı olmayaraq, meydana hər şeyin mümkün olduğunu bilərək çıxacağıq və buna hazırıq. Ümid edirəm ki, sabah hər şey istədiyimiz kimi alınacaq”, – deyə Kompaninin sözlərini UEFA-nın rəsmi saytı sitat gətirib.

Qeyd edək ki, “Vikinq” – “Bavariya” qarşılaşması Norveçin Stavanger şəhərindəki “Lyuse Arena” stadionunda keçiriləcək. Görüşün Bakı vaxtı ilə saat 23:00-da başlaması nəzərdə tutulub.







Çempionlar liqası

“Çempionlar Liqasında asan oyun olmur”
  • Çempionlar liqası
  • 21:53 12.10.2026
“Çempionlar Liqasında asan oyun olmur”