- Çempionlar liqası
- 10:56 13.10.2026
Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb.
AFFA-dan 90deqiqe.Az-a verilən məlumata görə, o, UEFA Gənclər Liqasının liqa mərhələsi çərçivəsində keçiriləcək “Roma” (İtaliya) – “Real Madrid” (İspaniya) qarşılaşmasını idarə edəcək.
Kamal Umudluya yan xətt hakimləri Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə italiyalı Davide Di Marko yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 14-də Romanın “Tre Fontane” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.