- Çempionlar liqası
- 22:15 13.10.2026
“Feyenoord”un baş məşqçisi Covanni van Bronkhorst Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Komo” ilə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis həm futbolçu, həm də məşqçi kimi bu səviyyəli qarşılaşmalarda iştirak etdiyini və turnirin xüsusi ab-havaya malik olduğunu bildirib.
“Belə oyunlarda həm məşqçi, həm də futbolçu kimi iştirak etmişəm. Meydanda xeyli vaxt keçirmişəm, böyük təcrübə qazanmışam və hətta Çempionlar Liqasını da qazanmışam. Buna görə də bunun nə qədər möhtəşəm olduğunu bilirəm. Çempionlar Liqasının himni səslənən kimi, bunu düşünəndə belə bədənimdə ürpərti yaranır. Bu turnirdə hələ də hansısa sehr var”, – deyə Van Bronkhorstun sözlərini UEFA-nın mətbuat xidməti sitat gətirib.
Qeyd edək ki, “Feyenoord” Liqa mərhələsinin ilk turunda səfərdə “Barselona”ya 1:5 hesabı ilə məğlub olub. Çempionlar Liqasında debüt edən “Komo” isə ilk oyununda “RB Leypsiq”i 4:1 hesabı ilə məğlub edib.
“Feyenoord” – “Komo” qarşılaşması oktyabrın 14-də keçiriləcək.