13 oktyabr 2026. Çərşənbə axşamı

“Üç xal qazanmaq iqtidarında olduğumuzu düşünürük”


 “Üç xal qazanmaq iqtidarında olduğumuzu düşünürük”

“Betis”in baş məşqçisi Manuel Pelleqrini Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Portu” ilə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis qarşılaşmanın çətin keçəcəyini desə də, komandasının qələbə qazanmaq gücündə olduğunu bildirib.

“Üç xal qazana biləcəyimizi düşünürük, baxmayaraq ki, oyun çox çətin olacaq. Əvvəlki matçlarda yaxşı bacardığımız işləri davam etdirmək istəyirik: tam gücümüzlə mübarizə aparmaq, yüksək tempdə oynamaq və xarakter nümayiş etdirmək. Güclü heyətimiz var. Bu da hər üç gündən bir oyuna çıxdığımız sıx qrafikdə futbolçu seçimi etməyimə imkan verir”, – deyə Pelleqrini bildirib.

Qeyd edək ki, Çempionlar Liqasının ilk turunda “Betis” “Lill”i 3:2 hesabı ilə məğlub edib. “Portu” isə “Mançester Siti”yə 0:2 hesabı ilə uduzub. “Betis” – “Portu” qarşılaşması oktyabrın 14-də keçiriləcək.







Çempionlar liqası

 “PSJ ilə aramızdakı fərqi bilmirəm”
  • Çempionlar liqası
  • 22:25 13.10.2026
“PSJ ilə aramızdakı fərqi bilmirəm”
“Bellinqem xüsusi futbolçudur”
  • Çempionlar liqası
  • 22:09 13.10.2026
“Bellinqem xüsusi futbolçudur”