- Çempionlar liqası
- 22:52 13.10.2026
“Roma”nın baş məşqçisi Can Pyero Qasperini Joze Mourinyonun Romaya qayıdışı barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı bununla bağlı UEFA-nın mətbuat xidmətinə danışıb.
“Mourinyo azarkeşlərin rəğbətini haqlı olaraq qazanıb. Onlar ona yüksək qiymət veriblər. O, qarşılaşacağı münasibətə layiqdir. İnsanların hisslərini yaşamasına qadağa qoymaq olmaz. Ancaq sonda azarkeşlər yalnız “Roma”nı dəstəkləyəcəklər”
Qeyd edək ki, “Roma” oktyabrın 14-də Çempionlar Liqasında Mourinyonun rəhbərlik etdiyi Madrid “Real”ı ilə qarşılaşacaq.
Əlavə edək ki, Joze Mourinyo 2021-2024-cü illərdə “Roma”nı çalışdırıb. Onun rəhbərliyi altında komanda Konfrans Liqasının qalibi olub və Avropa Liqasının finalına yüksəlib.