- Çempionlar liqası
- 22:52 13.10.2026
“Roma”nın hücumçusu Doniell Malen Çempionlar Liqasında Madrid “Real”ının yarımmüdafiəçisi Cud Bellinqemlə görüşü səbirsizliklə gözlədiyini bildirib.
90deqiqe.Az-ın məlumatına görə, niderlandlı futbolçu mətbuat konfransında ingiltərəli futbolçu ilə münasibətlərindən danışıb.
“Xeyr, onunla danışmamışam. Mən onu çox yaxşı tanıyıram, uzun müddət birlikdə oynamışıq. Bellinqem həqiqətən xüsusi futbolçudur və böyük bacarığa malikdir. Münasibətlərimiz də çox yaxşıdır. Onu çoxdandır görmürəm, buna görə yenidən görüşmək xoş olacaq”
Qeyd edək ki, Malen və Bellinqem 2021-2023-cü illərdə Dortmund “Borussiya”sında birlikdə çıxış ediblər.
“Roma” – “Real Madrid” qarşılaşması oktyabrın 14-də Romada keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.