13 oktyabr 2026. Çərşənbə axşamı

“Real”ın nüfuzuna deyil, real gücünə baxmalıyıq”


 “Real”ın nüfuzuna deyil, real gücünə baxmalıyıq”

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Madrid “Real”ı ilə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis rəqibin güclü komanda olduğunu vurğulasa da, onun nüfuzunun oyunun qiymətləndirilməsində əsas meyar olmamalı olduğunu bildirib.

“Dünyada tanınması, böyük azarkeş ordusu və qazandığı çoxsaylı titullar nəzərə alınarsa, “Real” çətin rəqibdir. Ancaq biz rəqibin nüfuzuna deyil, real səviyyəsinə əsaslanaraq öz gücümüzü qiymətləndirməliyik. İtaliyanın ən güclü komandalarından olan “İnter” və “Komo” ilə qarşılaşmışıq. İndi isə “Real”la oyunda özümüzü sınayacaq və nəyə qadir olduğumuzu görəcəyik”, – deyə Qasperini bildirib.

Qeyd edək ki, “Roma” və “Real” Çempionlar Liqasında indiyədək 12 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 8-də Madrid təmsilçisi, 3-də isə Roma klubu qələbə qazanıb. Bir qarşılaşma heç-heçə ilə başa çatıb. Oyun oktyabrın 14-də keçiriləcək.







Çempionlar liqası

 “PSJ ilə aramızdakı fərqi bilmirəm”
  • Çempionlar liqası
  • 22:25 13.10.2026
“PSJ ilə aramızdakı fərqi bilmirəm”
“Bellinqem xüsusi futbolçudur”
  • Çempionlar liqası
  • 22:09 13.10.2026
“Bellinqem xüsusi futbolçudur”