13 oktyabr 2026. Çərşənbə axşamı

“PSJ ilə aramızdakı fərqi bilmirəm”


 “PSJ ilə aramızdakı fərqi bilmirəm”

“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska komandasının Çempionlar Liqasını qazanmaq şanslarını dəyərləndirib.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis komandasının güclü olduğunu vurğulasa da, hazırkı səviyyələrinin PSJ ilə müqayisədə hansı nöqtədə olduğunu bilmədiyini bildirib.

“Şübhəsiz ki, biz yaxşı komandayıq. Ancaq hazırda PSJ ilə müqayisədə hansı səviyyədə olduğumuzu bilmirəm. Onların nə qədər güclü olduğunu yaxşı anlayıram, çünki son iki Çempionlar Liqasının qalibi olublar. Bu, onların səviyyəsini göstərir. Bizim onlara nə qədər yaxın və ya uzaq olduğumuzu deyə bilmərəm. Amma yaxşı komanda olduğumuza əminəm”, – deyə Mareska mətbuat konfransında bildirib.

Qeyd edək ki, “Mançester Siti” ilə PSJ oktyabrın 14-də Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində qarşılaşacaqlar. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Çempionlar liqası

 “PSJ ilə aramızdakı fərqi bilmirəm”
  • Çempionlar liqası
  • 22:25 13.10.2026
“PSJ ilə aramızdakı fərqi bilmirəm”
“Bellinqem xüsusi futbolçudur”
  • Çempionlar liqası
  • 22:09 13.10.2026
“Bellinqem xüsusi futbolçudur”