- Çempionlar liqası
- 23:21 13.10.2026
“Mançester Siti”nin müdafiəçisi Ruben Diaş Çempionlar Liqasının Liqa mərhələsində PSJ ilə keçiriləcək oyun barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı futbolçu qarşılaşmanın əhəmiyyətini vurğulayaraq komandasının Avropanın hazırda ən güclü komandası ilə üz-üzə gələcəyini bildirib.
“Bu, çox vacib oyundur və əminəm ki, hamı onu səbirsizliklə gözləyir. Bizim üçün hazırda Avropanın ən güclü komandası ilə ən yüksək səviyyədə özümüzü sınamaq əla fürsətdir. Əminəm ki, bu qarşılaşma xüsusi olacaq”, – deyə Diaş mətbuat konfransında bildirib.
Qeyd edək ki, “Mançester Siti” ilə PSJ arasında Çempionlar Liqasının Liqa mərhələsinin II turunun oyunu oktyabrın 14-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.