13 oktyabr 2026. Çərşənbə axşamı

Pavloviç Rodri ilə müqayisə olunmasına münasibət bildirdi


Pavloviç Rodri ilə müqayisə olunmasına münasibət bildirdi

“Bavariya”nın yarımmüdafiəçisi Aleksandr Pavloviç “Barselona”nın ispaniyalı futbolçusu Rodri Ernandeslə müqayisə olunması barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, almaniyalı oyunçu Rodri kimi futbolçu ilə müqayisə edilməsini böyük şərəf hesab etdiyini və bunun ona əlavə motivasiya verdiyini bildirib.

“Hər kəs bilir ki, Rodri dünya səviyyəli dayaq yarımmüdafiəçisidir. O, “Qızıl top”u təsadüfən qazanmayıb. Təbii ki, belə bir futbolçu ilə müqayisə olunmaq mənim üçün böyük şərəfdir. Bunu motivasiya kimi qəbul edirəm”, – deyə Pavloviçin sözlərini “Bayern & Germany” nəşri yayıb.

Qeyd edək ki, Rodri ötən yay “Mançester Siti”dən “Barselona”ya keçib. 30 yaşlı yarımmüdafiəçi Kataloniya klubunun heyətində bütün turnirlər nəzərə alınmaqla 8 matçda meydana çıxıb və məhsuldar göstərici ilə yadda qalmayıb.







Çempionlar liqası

 “PSJ ilə aramızdakı fərqi bilmirəm”
  • Çempionlar liqası
  • 22:25 13.10.2026
“PSJ ilə aramızdakı fərqi bilmirəm”