- Çempionlar liqası
- 23:21 13.10.2026
“Mançester Siti”nin müdafiəçisi Ruben Diaş klub ətrafında yaranmış vəziyyət fonunda komandanın kapitanı kimi üzərinə düşən vəzifələrdən danışıb.
90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı futbolçu kapitanın komandaya dəstək olmalı və ehtiyac duyulan hər məsələdə kömək etməli olduğunu bildirib.
“Hər il olduğu kimi, kapitan komandanın yanında olmalı və lazım olan hər şeydə ona kömək etməlidir. Hazırda qarşımızda bəlkə də bir qədər fərqli çağırış var, baxmayaraq ki, əvvəllər də belə hallarla qarşılaşmışıq. Mən buna hazıram. Digər üç kapitan və bütün komanda da hazırdır. Klubu qoruyacaq, onun uğrunda mübarizə aparacaq və ona güvənəcəyik”, – deyə Diaşın sözlərini "BBC" yayıb.
Qeyd edək ki, daha əvvəl müstəqil komissiyanın “Mançester Siti”ni İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda təqsirli bildiyi barədə məlumat yayılıb. Bununla belə, kluba tətbiq oluna biləcək sanksiyalarla bağlı yekun qərar hələ verilməyib.
“Mançester Siti” növbəti oyununu oktyabrın 14-də Çempionlar Liqasında PSJ-yə qarşı keçirəcək.