- Çempionlar liqası
- 23:21 13.10.2026
“Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
90deqiqe.Az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda Çexiyanın “Slaviya” klubunu qəbul edən Azərbaycan təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
“Sabah”ın heyətində Kahim Parris 49-cu dəqiqədə hesabı açıb. Coy-Lens Mikels isə 88-ci dəqiqədə fərqlənərək komandasının qələbəsini rəsmiləşdirib.
Bu qələbə həm “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk uğuru, həm də Azərbaycan klublarının Çexiya təmsilçiləri üzərində ilk qələbəsi kimi tarixə düşüb.
Qeyd edək ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda ilk matçında səfərdə İngiltərənin “Mançester Yunayted” klubuna 0:4 hesabı ilə uduzub. “Sabah” növbəti oyununu oktyabrın 20-də Almaniyanın “Borussiya Dortmund” komandasına qarşı keçirəcək.