- Çempionlar liqası
- 23:21 13.10.2026
Çempionlar Liqasında “Lans” və “Sportinq” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Portuqaliya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab 22-ci dəqiqədə açılıb. Luis Suares fürsətdən yararlanaraq “Sportinq”i önə çıxarıb. Qoldan sonra “Lans” hesabı bərabərləşdirmək üçün hücumlar təşkil etsə də, meydan sahibləri istəyinə çata bilməyiblər.
İkinci hissədə portuqaliyalılar üstünlüklərini artırmağa çalışıblar. Görüşün 74-cü dəqiqəsində İssa Dumbia Fransa klubunun qapısına ikinci qolu vuraraq komandasının qələbəsini möhkəmləndirib.
Qalan dəqiqələrdə “Lans”ın hesabı dəyişmək cəhdləri nəticə verməyib və “Sportinq” səfərdən 2:0 hesablı qələbə ilə ayrılıb.