14 oktyabr 2026. Çərşənbə

“Artıq “Qızıl top” haqqında söhbətlərdən bezmişəm”


“Artıq “Qızıl top” haqqında söhbətlərdən bezmişəm”

PSJ-nin baş məşqçisi Luis Enrike “Qızıl top” mükafatı ətrafında aparılan müzakirələrdən yorulduğunu bildirib.

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis bu barədə nüfuzlu fərdi mükafatın 30 namizədindən 10-nun PSJ futbolçusu olması ilə bağlı danışarkən açıqlama verib.

“Artıq “Qızıl top” haqqında söhbətlərdən bezmişəm. Ümid edirəm ki, bu mükafat bizim olacaq. Komandamızda ona layiq olan futbolçular var. Ötən il ən yaxşı komanda mükafatını qazandıq. Sübut etdik ki, bu mükafata təkcə Usman Dembele layiq deyildi. “Qızıl top” söhbətləri məni artıq yorub”, – deyə Enrike bildirib.

Qeyd edək ki, 2025-ci ildə “Qızıl top” mükafatının qalibi PSJ və Fransa millisinin hücumçusu Usman Dembele olub. Mükafatın təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.







Çempionlar liqası

 “PSJ ilə aramızdakı fərqi bilmirəm”
  • Çempionlar liqası
  • 22:25 13.10.2026
“PSJ ilə aramızdakı fərqi bilmirəm”