- Çempionlar liqası
- 01:20 14.10.2026
UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsinin II turunda “Arsenal” və “Lill” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Londondakı “Emireyts” stadionunda keçirilən qarşılaşma İngiltərə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun ilk hissəsində komandalar fərqlənə bilməyiblər. İkinci hissədə isə “Arsenal” üç dəqiq ərzində iki qol vurub. Görüşün 64-cü dəqiqəsində Yurriyen Timber hesabı açıb. 67-ci dəqiqədə Bukayo Sakinin ötürməsini qola çevirən Ebereçi Eze London klubunun üstünlüyünü artırıb.
Cəmi dörd dəqiqə sonra Bukayo Saka özü də fərqlənərək matçın yekun hesabını müəyyənləşdirib.
Bu qələbədən sonra “Arsenal”ın turnirdəki xallarının sayı 6-ya çatıb. London təmsilçisi ilk turda “Napoli”ni 1:0 hesabı ilə məğlub etmişdi.
“Lill” isə ikinci məğlubiyyətini alıb. Fransa klubu ilk turda “Betis”ə 2:3 hesabı ilə uduzmuşdu.