- Çempionlar liqası
- 01:20 14.10.2026
UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsinin II turunda “Qalatasaray” və “Barselona” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, İstanbulda yerləşən “RAMS Park” stadionunda keçirilən qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı 28-ci dəqiqədə “Qalatasaray”ın yarımmüdafiəçisi Aleksey Batrakov açıb. Altı dəqiqə sonra meydan sahiblərinin hücumçusu Viktor Osimhen fərqlənsə də, VAR yoxlamasından sonra qol qeydə alınmayıb.
Birinci hissənin 43-cü dəqiqəsində Joau Kanselu hesabı bərabərləşdirib. İkinci hissənin əvvəlində Fermin Lopes “Barselona”nı önə çıxarıb. 53-cü dəqiqədə Entoni Qordon kataloniyalıların üçüncü qolunu vurub. 66-cı dəqiqədə Kərim Adeyemi yekun hesabı müəyyənləşdirib – 4:1.
Qeyd edək ki, Aleksey Batrakov 58-ci dəqiqədə əvəzlənib.
Liqa mərhələsinin III turunda “Qalatasaray” oktyabrın 21-də “Lill”lə, “Barselona” isə oktyabrın 20-də PSJ ilə qarşılaşacaq.
Xatırladaq ki, Çempionlar Liqasının son qalibi PSJ-dir. Paris klubu əvvəlki mövsümün finalında “Arsenal”ı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb. PSJ 2024/2025 mövsümündə də turnirin qalibi olub.