- Çempionlar liqası
- 01:20 14.10.2026
UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsinin II turunda Madrid “Atletiko”su ilə “Mançester Yunayted” üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Madriddəki “Sivitas Metropolitano” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab artıq ilk dəqiqədə açılıb. “Atletiko”nun yarımmüdafiəçisi Pablo Barrios komandasını önə çıxarıb. Madrid təmsilçisinin dayaq yarımmüdafiəçisi Conni Kardozonun 44-cü dəqiqədə vurduğu qol isə VAR yoxlamasından sonra əllə oyuna görə ləğv edilib.
Görüşün 74-cü dəqiqəsində “Mançester Yunayted”in müdafiəçisi Leni Yoro meydanın mərkəzində etdiyi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
79-cu dəqiqədə isə “Atletiko”nun hücumçusu Ademola Lukman boş qapıya topu göndərərək hesab arasındakı fərqi iki topa çatdırıb.
Bu qələbə ilə “Atletiko” Çempionlar Liqasında ilk üç xalını qazanıb. Madrid klubu ilk turda “Liverpul”a 1:2 hesabı ilə uduzmuşdu. “Mançester Yunayted”in aktivində isə üç xal qalıb. İngiltərə təmsilçisi əvvəlki turda “Sabah”ı 4:0 hesabı ilə məğlub etmişdi.