- Çempionlar liqası
- 01:20 14.10.2026
UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsinin II turunda “Vikinq” və “Bavariya” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Norveçdəki “Lüse Arena” stadionunda keçirilən qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
Oyunda hesab artıq 72-ci saniyədə açılıb. Norveç təmsilçisinin müdafiəçisi Canni Stensness komandasını önə çıxarıb. 38-ci dəqiqədə Peter Kristiansen fərqi iki topa çatdırıb.
İkinci hissədə “Bavariya” geridönüş etməyi bacarıb. Harri Keyn 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib, 60-cı dəqiqədə isə dublunu rəsmiləşdirib. 71-ci dəqiqədə Luis Dias Münhen təmsilçisini önə keçirib.
Lakin 90-cı dəqiqədə Herman Haugen hesabı bərabərləşdirərək “Vikinq”ə bir xal qazandırıb.
Qarşılaşmanın 73-cü dəqiqəsində Maykl Olise rəqibə qarşı qayda pozuntusuna görə sarı vərəqə alıb. Daha sonra topu rəqibin üzünə atdığı üçün ikinci sarı vərəqə ilə meydandan qovulub. Fransalı futbolçu “Arsenal”la növbəti oyunu buraxacaq.
Qeyd edək ki, Liqa mərhələsinin III turunda “Vikinq” oktyabrın 21-də “Aston Villa” ilə, “Bavariya” isə həmin gün “Arsenal”la qarşılaşacaq.
Xatırladaq ki, Çempionlar Liqasının son qalibi PSJ-dir. Paris klubu əvvəlki mövsümün finalında “Arsenal”ı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb. PSJ 2024/2025 mövsümündə də turnirin qalibi olub.