28 noyabr 2026. Şənbə

“Vilyarreal” “Napoli”ni məğlub etdi


“Vilyarreal” “Napoli”ni məğlub etdi

Çempionlar Liqasında “Vilyarreal” və “Napoli” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma İspaniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 8-ci dəqiqədə qonaqlar açıblar. Amir Rrahmani “Napoli”ni önə çıxarıb.

Lakin meydan sahibləri tezliklə hesabı bərabərləşdiriblər. Görüşün 23-cü dəqiqəsində Jorj Mikautadze fərqlənib. Cəmi üç dəqiqə sonra Santyaqo Mourinyo “Vilyarreal”ın ikinci qolunu vuraraq komandasını önə keçirib.

Matçın yekun nəticəsini isə 86-cı dəqiqədə Tani Oluvaseyi müəyyənləşdirib. Beləliklə, “Vilyarreal” erkən qol buraxmasına baxmayaraq, əzmkar qələbə qazanıb.







Çempionlar liqası

“Liverpul”un futbolçusu zədələndi
  • Çempionlar liqası
  • 02:20 26.11.2026
“Liverpul”un futbolçusu zədələndi