- Çempionlar liqası
- 01:20 14.10.2026
Çempionlar Liqasının Liqa mərhələsində “Leypsiq” və PSV komandaları qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş Almaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın taleyini ikinci hissədə vurulan yeganə qol həll edib. Niderland klubu 19-cu dəqiqədə hesabı açmaq imkanı əldə etsə də, İvan Perişiç penaltini dəqiq yerinə yetirə bilməyib.
Fasilədən sonra hər iki komanda hesabı açmağa çalışıb. Lakin uzun müddət müdafiəçilər rəqib hücumlarının qarşısını ala biliblər. Görüşün 75-ci dəqiqəsində Braian Qruda PSV-nın qapısına yol taparaq “Leypsiq”ə qələbə qazandıran qolu vurub.
Qalan dəqiqələrdə hesab dəyişməyib və “Leypsiq” qarşılaşmadan 1:0 hesablı qələbə ilə ayrılıb.