14 oktyabr 2026. Çərşənbə

“Sabah”ın qələbəsi Azərbaycanı UEFA reytinqində irəli çəkib


“Sabah”ın qələbəsi Azərbaycanı UEFA reytinqində irəli çəkib

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyərək 24-cü yerə yüksəlib.

90deqiqe.Az-ın məlumatına görə, buna “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın “Slaviya Praqa” klubu üzərində qələbəsi səbəb olub. Bakı təmsilçisinin uğuru ölkəmizin reytinq xallarına 0,500 əmsal əlavə edib.

Hazırda Azərbaycanın aktivində 24,187 xal var. Ukrayna 24,337 xalla 23-cü, İsrail isə 24,125 xalla 25-ci pillədə qərarlaşıb.

UEFA reytinqinə 104,019 xalla İngiltərə başçılıq edir.

Qeyd edək ki, “Sabah” ötən gün Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada “Slaviya Praqa”nı 2:0 hesabı ilə məğlub edib.







Çempionlar liqası

Bredli Barkola “Liverpul”da het-trik etdi
  • Çempionlar liqası
  • 23:15 14.10.2026
Bredli Barkola “Liverpul”da het-trik etdi
“Liverpul”dan 6 qollu qələbə
  • Çempionlar liqası
  • 23:06 14.10.2026
“Liverpul”dan 6 qollu qələbə
“Leypsiq” PSV üzərində qələbə qazandı
  • Çempionlar liqası
  • 01:18 14.10.2026
“Leypsiq” PSV üzərində qələbə qazandı