14 oktyabr 2026. Çərşənbə

“Vilyarreal”ın qapıçısı evinə silahlı basqın səbəbindən Çempionlar Liqasının oyununu buraxıb


“Vilyarreal”ın qapıçısı evinə silahlı basqın səbəbindən Çempionlar Liqasının oyununu buraxıb

İspaniyanın “Vilyarreal” klubunun macar qapıçısı Peter Qulaçinin evinə silahlı basqın edilib. 

90deqiqe.Az-ın məlumatına görə, hadisə səbəbindən futbolçu UEFA Çempionlar Liqasının II turunda “Napoli”yə qarşı keçirilən oyunda iştirak etməyib.

Hadisə oktyabrın 13-də səhər saatlarında qapıçı ailəsi ilə birlikdə evində olarkən baş verib. Xoşbəxtlikdən, insident zamanı ailə üzvlərindən heç biri xəsarət almayıb.

Basqının yaratdığı emosional sarsıntı səbəbindən Qulaçi həmin gün meydana çıxmağa hazır olmayıb. Onun əvəzinə “Vilyarreal”ın qapısını braziliyalı Luis Junior qoruyub. Qarşılaşma İspaniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, İspaniya futbolunda futbolçuların evlərinə basqın halları əvvəllər də qeydə alınıb. Belə hadisələrlə müxtəlif vaxtlarda Toko Ekambi, Zambo Anqissa, eləcə də “Valensiya”nın sabiq futbolçuları Esekiel Qaray, Qabriel Paulista və Ceffri Kondoqbiya üzləşiblər.







Çempionlar liqası

Bredli Barkola “Liverpul”da het-trik etdi
  • Çempionlar liqası
  • 23:15 14.10.2026
Bredli Barkola “Liverpul”da het-trik etdi
“Liverpul”dan 6 qollu qələbə
  • Çempionlar liqası
  • 23:06 14.10.2026
“Liverpul”dan 6 qollu qələbə
“Leypsiq” PSV üzərində qələbə qazandı
  • Çempionlar liqası
  • 01:18 14.10.2026
“Leypsiq” PSV üzərində qələbə qazandı