14 oktyabr 2026. Çərşənbə

Luis Suares “Sportinq” tarixində Çempionlar Liqasının rekordçusu olub


Luis Suares “Sportinq” tarixində Çempionlar Liqasının rekordçusu olub

Portuqaliyanın “Sportinq” klubunun hücumçusu Luis Suares UEFA Çempionlar Liqasının hazırkı formatında komandanın ən yaxşı bombardirinə çevrilib.

90deqiqe.Az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, 28 yaşlı forvard buna turnirin liqa mərhələsinin II turunda Fransanın “Lans” komandası ilə səfər oyununda fərqlənməklə nail olub. Görüş “Sportinq”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 22-ci dəqiqəsində hesabı açan kolumbiyalı oyunçu Çempionlar Liqasında “Sportinq”in heyətində 7-ci qolunu vurub. Bununla da o, hesabında 6 qol olan Liedson, Fransişku Trinkau və Viktor Dyokereşi geridə qoyaraq klubun bombardirlər siyahısında birinci pilləyə yüksəlib.

Qeyd edək ki, Luis Suares 2025-ci ilin yayında İspaniyanın “Almeriya” klubundan “Sportinq”ə keçib. O, ötən mövsüm Çempionlar Liqasında 5 qol vurub, Portuqaliya çempionatında isə 28 dəfə fərqlənərək turnirin bombardiri olub.

Kolumbiyalı hücumçu 2025/2026 mövsümündə “Sportinq”in heyətində keçirdiyi 53 oyunda ümumilikdə 38 qol vurub.







Çempionlar liqası

Bredli Barkola “Liverpul”da het-trik etdi
  • Çempionlar liqası
  • 23:15 14.10.2026
Bredli Barkola “Liverpul”da het-trik etdi
“Liverpul”dan 6 qollu qələbə
  • Çempionlar liqası
  • 23:06 14.10.2026
“Liverpul”dan 6 qollu qələbə
“Leypsiq” PSV üzərində qələbə qazandı
  • Çempionlar liqası
  • 01:18 14.10.2026
“Leypsiq” PSV üzərində qələbə qazandı