14 oktyabr 2026. Çərşənbə

Erik Qarsiya “Qalatasaray”la oyundan zədə ilə ayrılıb


Erik Qarsiya “Qalatasaray”la oyundan zədə ilə ayrılıb

“Barselona”nın müdafiəçisi Erik Qarsiya Çempionlar Liqasında “Qalatasaray”a qarşı keçirilən matçda Rafael Leao ilə toqquşma nəticəsində yüngül zədə alıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Matçdan sonra Qarsiya jurnalistlərlə söhbətində hadisəyə yumorla yanaşıb.

“Türkiyədən özümlə apardığım kiçik bir hədiyyədir”, – deyə futbolçu dizini və yaranmış şişkinliyi göstərərək bildirib.

Qeyd edək ki, Qarsiya oktyabrın 17-də“Betis”lə keçiriləcək oyunda meydana çıxa bilər. Lakin “Barselona”nın baş məşqçisi Hans-Diter Flik Parisdə PSJ-yə qarşı çərşənbə axşamı baş tutacaq vacib qarşılaşmanı nəzərə alaraq müdafiəçini ehtiyatda saxlamağa qərar verə bilər.







Çempionlar liqası

Bredli Barkola “Liverpul”da het-trik etdi
  • Çempionlar liqası
  • 23:15 14.10.2026
Bredli Barkola “Liverpul”da het-trik etdi
“Liverpul”dan 6 qollu qələbə
  • Çempionlar liqası
  • 23:06 14.10.2026
“Liverpul”dan 6 qollu qələbə
“Leypsiq” PSV üzərində qələbə qazandı
  • Çempionlar liqası
  • 01:18 14.10.2026
“Leypsiq” PSV üzərində qələbə qazandı