- Çempionlar liqası
- 00:59 15.10.2026
Bu gün UEFA Çempionlar Liqası çərçivəsində “Mançester Siti” ilə PSJ arasında keçirilən oyunu Xosep Qvardiola stadiondan izləyir.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis artıq televiziya yayımının kameralarına düşüb. Qvardiola “Mançester Siti” rəhbərliyinin nümayəndələri ilə birlikdə əyləşib. Qarşılaşmadan bir qədər əvvəl isə PSJ-nin prezidenti Nasser Əl-Xelayfi onunla görüşüb.
Qeyd edək ki, Qvardiola daha əvvəl müstəqil komissiyanın “Mançester Siti”ni çoxsaylı maliyyə qaydalarını pozmaqda təqsirli bilməsindən sonra klubuna dəstək verib. “Şəhərlilər” qərardan apellyasiya şikayəti veriblər və ağır cəzadan yayınacaqlarına inanırlar.
Xosep Qvardiola 2016–2026-cı illərdə “Mançester Siti”yə rəhbərlik edib. Hazırda komandanın baş məşqçisi Enzo Mareskadır.
“Mançester Siti” – PSJ matçının mətnli canlı yayımını izləmək mümkündür.