18 noyabr 2026. Çərşənbə

“Real Madrid” son dəqiqələrdə “Roma”nı məğlub etdi


“Real Madrid” son dəqiqələrdə “Roma”nı məğlub etdi

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsinin II turunda “Roma” və Madrid “Real”ı üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Romadakı “Olimpiko” stadionunda keçirilən qarşılaşma İspaniya təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 20-ci dəqiqədə “Roma”nın yarımmüdafiəçisi Marten de Ron açıb. Cəmi beş dəqiqə sonra Kilian Mbappe Madrid klubunun bərabərlik qolunu vurub.

İkinci hissədə meydan sahibləri yenidən üstünlük əldə ediblər. Doniel Malen 51-ci dəqiqədə “Roma”nı önə keçirib, 58-ci dəqiqədə isə dublunu rəsmiləşdirərək hesabı 3:1 edib.

Lakin “Real Madrid” oyunun sonlarında geridönüş etməyi bacarıb. 83-cü dəqiqədə Karlos Espi fərqi azaldıb, iki dəqiqə sonra isə Endrik hesabı 3:3 edib. Qarşılaşmanın 90-cı dəqiqəsində müdafiəçi Antonio Rüdiger qələbə qolunu vuraraq Madrid klubuna üç xal qazandırıb.

Qeyd edək ki, Liqa mərhələsinin III turunda “Roma” oktyabrın 20-də Bratislava “Slovan”ı ilə, “Real Madrid” isə oktyabrın 21-də “RB Leypsiq”lə qarşılaşacaq.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının son qalibi PSJ-dir. Paris klubu ötən mövsümün finalında “Arsenal”ı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Finalın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının əsas favoritidir
  • Çempionlar liqası
  • 23:03 05.11.2026
PSJ Çempionlar Liqasının əsas favoritidir
Halanddan Çempionlar Liqasında unikal göstərici
  • Çempionlar liqası
  • 02:19 05.11.2026
Halanddan Çempionlar Liqasında unikal göstərici
“Brügge” səfərdə PSV-ni məğlub etdi
  • Çempionlar liqası
  • 02:13 05.11.2026
“Brügge” səfərdə PSV-ni məğlub etdi
“Portu” “Napoli”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 02:09 05.11.2026
“Portu” “Napoli”ni darmadağın etdi